Bakıdakı 42 saylı orta məktəbdə qazanxanada partlayış olub...

Tezadlar.az FHN-nin saytına istinadla bildirir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi ərazisindən çağırış daxil olub. TƏBİB-in yaydığı məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. əcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub. Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

42 saylı tam orta məktəbdən isə bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub: "Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək".

Məktəb rəhbərliyi onu da deyib ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Belə çıxır ki, podratçı şirkətin işçiləri bu partlayışın baiskarı olublar... Bu da mütəxəssis işi...

A.Məmmədli

 

 

 

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN