Neçə gündür sosial şəbəkə seqmentində Qusar rayonunun ərazisində yerləşən Samur sərhəd gömrük keçid məntəqəsinin ətrafındakı obyektlərin sahibkarların əlindən alınması barədə əsassız məlumatlar tirajlanmaqdadır... Maraqlıdır ki, bu yalan məlumatlarda deyilir ki, guya bütün bu işlərin arxasında Rusiyada tanınan iş idamı, əslən Qubadan olan Qod Nisanova məxsus şirkət dayanır.

Məsələ ilə bağlı "Təzadlar" olaraq Qod Nisanovun biznes partnyoru, professor İlham Rəhimova müraciət etdik. 

Professor İlham Rəhimov deyilən iddialara cavabında bildirdi ki, bu barədə danışılanları o da eşidib, amma... Sitat: “Səslənən fikirlər o qədər qeyri-ciddidir ki, buna reaksiya verməyə də adam çətinlik çəkir. Əvvəla, Qod Nisanovun Azərbaycanda hər hansı bir işi, layihəsi olsaydı, mənim məlumatım olardı. Digər tərəfdən, Qod Nisanovla bizim birgə şirkətimiz Rusiyanın ən böyük Daşınmaz Əmlak Şirkətlərinin reytinqində neçə illərdir ki, birinci yerdə qərarlaşıb. Sizcə, böyük bir şirkətin qeyd edilən kiçik tikinti işləri aparması və ya belə bir layihələrə kommersiya marağı olması real ola bilər? Təbii ki, cəfəngiyyat söhbətdir”.

Professor İlham Rəhimov onu da bildirdi ki, belə bir əsası olmayan, absurd informasyanın kimlər tərəfindən yayılmasının və nəyə xidmət etdiyinin özü da sual doğurur. 

Beləliklə, təxribatçı öz işində, fakt isə ortada yoxdur... 

Y.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN