Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçan aparat Belqorod vilayəti səmasında vurulub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.
PUA Moskva vaxtı ilə saat 11:00 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Onun köməyi ilə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində terror aktı törətməyə cəhd edib, - hərbi idarə vurğulayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, söhbət təyyarə tipli drondan gedir.
Bundan əvvəl, oktyabrın 1-də bölgənin rəhbəri Vyaçeslav Qladkov növbəti hücum barədə məlumat vermişdi.
E.ŞİRİNOV