İsrail ordusu bütün cəbhələrdə döyüş hazırlığı vəziyyətini artırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. İddialara görə, İsrail yaxın saatlarda İrana raket zərbələri endirəcək. İsrail İranda vuracağı məkanları özü üçün illər öncə müəyyənləşdirib. Tehran İsrailin İranın neft obyektlərinə zərbə endirəcəyi halda Hörmüz boğazını bağlayacağını elan edib. Məlumata görə, İranın bu təhdidindən sonra neftin qiymətində artım müşahidə olunub. “Quardian” nəşri qeyd edir ki, İranın zərbələri Təl-Əviv kimi bir şəhəri və ya Hayfa yaxınlığındakı neft emalı zavodu kimi digər yüksək dəyərli obyektləri hədəf alsa, ölümcül nəticələrə səbəb ola bilər". Nəşr bildirib ki, münaqişə davam etdikcə İsrail İranın zərbələrinə qarşı daha həssas ola bilər: “Bu, uzunmüddətli münaqişəyə çevrilərsə, İsrail İranla zərbə mübadiləsinə dözə bilməyəcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN