Növbəti görüşümüz bu gün Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. TEZADLAR.AZ xəbər veriri ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib.
"Görüş zamanı 10-dan çox vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Müraciətlər mənzil təminatı, məşğulluq, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.