2021-ci ildə işğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.

***

Bu gün BBC-nin düşmən ölkədə hazırladığı sujetə baxıram, ermənilər deyir ki, Azərbaycanla dost ola bilmərik, çünki bizim olanları məhv etdilər... Görün bu millətin başı necə zəhərlənib ki, ahılları da sarsaxlayır, unudur ki, Qarabağa köçüb gəliblər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN