Bölgədə yeni reallıqlar formalaşmaqda və Ermənistanın bu reallıqların gətirəcəyi sülh və iqtisadi dirçəlişdən kənarda qalmaması diqqət mərkəzində.

Lakin hələki işğalçı ölkədə fikir ayrılıqları hökm sürür... "Türkiyədə 3+3 formatında keçirilməsi planlaşdırılan görüşə Gürcüstan qatılmayacaq. Bu barədə Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava məlumat verib.
O, qeyd edib ki, Azərbaycan və Türkiyə Gürcüstanın yaxın strateji tərəfdaşı, Ermənistan isə tarixi və yaxşı dost ölkədir.
Səfir əlavə edib ki, Gürcüstanın "3+3" formatında iştirak etməməsinin əsas səbəbi bu formatda Rusiyanın da təmsil edilməsi və rəsmi Moskvanın Gürcüstanın ərazi bütövlüyünü tanımamasıdır. Qeyd edək ki, bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Gürcüstanın "3+3" formatının növbəti görüşünə qatılacağına ümid etdiyini bildirmişdi.
Xatırladaq ki, "3+3" (Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan) formatının ilk görüşü Moskvada baş tutmuşdu. Gürcüstan isə bu formata qatılmayacağını bir neçə dəfə rəsmi səviyyədə bəyan edib. Bəllidir ki, Rusiya faktoru bu formatın dəyişəcəyini mümkünsüz edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN