..."Media haqqında" Qanunun qəbulu ilə Azərbaycan mediasının yeni forma və məzmun qazanacağı şübhə doğurmur... 

 "Təzadlar" qəzetinin komandası da yeni bir layihəsini təqdim etməyə qərar verdi. Bu barədə danışan qəzetin baş redaktoru, Avropa Jurnalistlər Federasiyasının üzvü Asif Mərzili bildirdi ki, hazırda internet televiziya kanalının üzərində texniki-təşkilati işlər davam etdirilir: "Bizim əbbəl də YouTube səhifəmiz var idi, indi əvvəlki YouTube-kanalımız üzərindən Press TV internet TV-nin fəaliyyətinə başlamağı düşündük... Əvvəlki kanalımızda indiyədək ümumən 843 min 243 baxış sayı və 2750 abunəçimiz vardır. Bəzi videolarımızın baxış sayı 200 minə yaxın olub. İndi yeni formatda və məzmunda, müxtəlif dillərdə ictimai və dövləti maraqlarını özündə əks etdirən proqram və verilişlərlə izləyicilərin görüşünə gəlməyi planlamaqdayıq. Hazırda studiyanın dizaynı və texniki avadanlığının təmin edilməsi üzərində çalışırıq... Təbii ki, izləyicilərimizin də abunə sayımızın artırılmasında inadlı olacağına şübhəmiz yoxdur. Onlara inanır və güvənirik. Onlar da bizə güvənməlidirlər..."

Xatırladırıq ki, PRESS-TV "Təzadlar" qəzetinin "Azərbaycan" nəşriyyatında yerləşən ofisindən yayıma başlayacaq...

Elçin Cəfəroğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN