Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, Rusiya tərəfi danışıqlarda çoxdan cavablarını hazırladığı və güzəştə getmək mümkün olmayan suallar qaldırır.

"Təzadlar" bildirir ki, bu barədə Zelenski az əvvəl jurnalistlərlə görüşündə deyib. "Sual mövzusu var. Biz bütün bu mövzular haqqında danışmağa hazırıq. Rusiya tərəfi öz suallarına çoxdan cavab verib. Cavablarınız varkən sual verməyin nə mənası var? Bu dialoqun mürəkkəbliyi budur.
Çünki elə şeylər var ki, insanların ölməməsi üçün hansısa kompromislər tapmaq lazımdır, amma elə şeylər var ki, heç bir güzəşt yoxdur. Yaxşı, siz sadəcə gedib "Bəli, bu sizin ölkənizdir- Ukrayna Rusiyanın bir hissəsidir" deyə bilərsinizmi??? Bu, sadəcə olaraq mümkün deyil. Bunu bizə niyə təklif edirsiniz? Orada məqamlar var, mən bu düsturlara sabitlik kimi yanaşmıram, inanıram ki, bizim mövqeyimiz ədalətlidir, çünki qarşı tərəf bu suallara görə bizi məhv etməyə hazırdır...".

Vəziyyət isə hələki Ukraynada NATO-ca deyil, ruscadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN