"Mən sənin qonşunam... Makron və Şolsdan fərqli olaraq..."

Ukrayna prezidenti Vladimir Zelenski öz rusiyalı həmkarı Vladimir Putini danışıqlar masasına dəvət etdi. O, mətbuat konfransı zamanı Putinə  rus dilində müracət edərək:" Mənimlə danışıqlar masasına əyləş, amma Makronla və Şulsla olduğu kimi 30 metrəlik masada yox, axı mən qonşunam! Mən normal adamam, gəl oturaq danışaq", deyib. 

Zelenski həmşinin bildirib ki, Ukrayna Rusiyaya hücum etməyib və buna hazırlaşmır da. Daha sonra o, bildirib ki, Moskvanın Kiyevə qarşı tələblərini anlamır.

Qeyd edək ki, martın 3-də axşam saatlarinda Rusiya ilə Ukrayna arasında baş tutan ikinci danışıq sona çatıb. Bu danışıq 2saat yarım davam edib.

Rusiya-Ukrayna danışıqlarında heyətə rəhbərlik edən, Rusiya prezidentinin müavini Vladimir Medinskiy bildirib ki, danışıqlar zamanı müəyyən məqamlarda razılığa gələ bilərdilər. Sonuncu danışıq zamanı onlar əsasən mülki vətəndaşların təxliyyə edilməsi üçün atəşkəs şəraitində humanitar koridorun verilməsi haqda müzakirələr aparıblar.

Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN