Müharibənin indiki vaxtında Rusiyanın bütün cəbhəboyu həmlələrinə baxmayaraq, martın 6-da Ukrayna Milli Qvardiyasının qüvvələri və Xarkov ərazi müdafiəsi düşmənin texnika kolonunu məhv edib.
"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Xarkov bölgə hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib. “Hava məkanında əldə olunan uğurlarla yanaşı, quru qoşunlarının da uğurları var”, - o bildirib. Onun sözlərinə görə, ukraynalı hərbçilər düşmənin 4 yanacaq daşıyan maşınını, 3 ədəd QAZ-66 yük maşınını sıradan çıxarıb və “Tiger” zirehli maşını ələ keçirib.
***
Xatrladırıq ki, dünən həm də Fransanın Prezidenti Makron Zelenski ilə danışıb... Türkiyə Prezidenti R.T.Ərdoğan isə həm Zelenski ilə, həm də Putinlə müharibənin dayandırılmasını müzakirə edib... Müharibə bölgələrində isə bu danışıqlara baxmayaraq gərgin vəziyyətdir...
A.Məmmədli