Kiyev şəhəri ətrafında Rusiya hərbçilərinin atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko həlak olub.

"Təzadlar" "Ukrainskaya Pravda" ya istinadla bildirir ki, bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb. Məlumatda qeyd edilir ki, Yuri İliç Prilipko aclara çörək, xəstələrə dərman paylayar, çarəsizlərə və ümidsizlərə yardım edirmiş. Məlumata görə, Yuri Prilipko ilə yanaşı, insanlara kömək edən daha iki nəfər də güllələnib. 
Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbəsidir. 2022-ci il martın 6-da Ukrayna prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb. 
Bu arada, Rusiya nümayəndı heyəti Belorusa səfərə gedib. Səfərin məqsədi hələki açıqlanmır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN