Müharibənin indiki vaxtında Rusiyanın bütün cəbhəboyu həmlələrinə baxmayaraq, martın 6-da Ukrayna Milli Qvardiyasının qüvvələri və Xarkov ərazi müdafiəsi düşmənin texnika kolonunu məhv edib.

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Xarkov bölgə hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib. “Hava məkanında əldə olunan uğurlarla yanaşı, quru qoşunlarının da uğurları var”, - o bildirib. Onun sözlərinə görə, ukraynalı hərbçilər düşmənin 4 yanacaq daşıyan maşınını, 3 ədəd QAZ-66 yük maşınını sıradan çıxarıb və “Tiger” zirehli maşını ələ keçirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN