Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı iddia edir ki, Rusiya təyyarələri Ukrayna ərazisi üzərindən dövrə vuraraq Belarus ərazisinə hücum ediblər.

"Təzadlar" Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı və Ukrayna Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, hücum bu gün saat 14:30 radələrində baş verib: “Bu gün saat 14:30-da Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub ki, Rusiya təyyarələri Dubrovitsa (Belarus) aerodromundan havaya qalxaraq, Ukrayna ərazisinə daxil olub, bizim Qorodişçe və Tümen yaşayış məntəqələrimizi keçmiş, bundan sonra onlara qarşı hərbi əməliyyatlar aparıblar. Kopani qəsəbəsini (Belarus) atəşə məruz qoymuşlar".
 Hərbi Hava Qüvvələri əlavə edib ki, hazırda 9-cu sərhəd dəstəsi bu yaşayış məntəqəsinin düşmən tərəfindən işğalını müşahidə edir. "Bu, təxribatdır! Məqsəd Belarus Respublikası Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir!", - deyə bəyanatda deyilir.

Onu da deyək ki, Belorusdan olan sosial media istifadəçiləri də bu barədə mesajlar paylaşıb. Lakin Belorusdan rəsmi mövqe hələki yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN