Moskvada OMON əməkdaşları Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edən şəxsləri saxlamaqda davam edir...

"Təzadlar" Böyük Britaniyanın "Azad Demokratiya" nəşrinə istinadla bildirir ki, fevralın 24-də Ukraynanın işğalından sonra Rusiyada keçirilən müharibə əleyhinə nümayişlərdə rekord sayda insan saxlanılıb. Belə ki, ümumiyyətlə, son illərdə Rusiya hökumətinin müxalifət qruplarına kütləvi hücumu nəticəsində dinc  etirazların qarşısı alınır, insanlar hələ də müharibəyə etiraz etmək üçün küçələrə çıxırlar - piketlər, icazəsiz mitinqlər və internetdə bəyanatlarla hakimiyyəti müharibəyə son qoymağa səsləyirlər. Buna cavab olaraq isə polis etirazçıları və ətrafdakıları kütləvi şəkildə saxlayıb, bəzən onlarla pis rəftara yol verirlər. Nəşr yazır: "...Martın 6-da Rusiya paytaxtında müharibə əleyhinə keçirilən bir neçə etiraz aksiyası ilə əlaqədar Moskvada 2500 nəfər saxlanılıb. Xüsusilə, bir hadisə ictimaiyyətin diqqətini cəlb edib: Moskvanın “Krasnıye Vorota” metrostansiyası yaxınlığında saxlanılaraq iki vaqona yerləşdirilən 25 qadın və dörd kişiyə münasibət dözülməz olub. Mikroavtobuslardan biri şəhərin cənub kənarına gedərkən aşıb, bundan sonra  saxlanılan 29 nəfərin hamısı bir furqona yerləşdirilib. Brateevo ətrafındakı polis bölməsinə gəldikdən sonra isə onlar alçaldılıb və döyülüblər, bunu qadınlardan birinin gizli şəkildə hazırladığı səs yazısı sübut edir. Səs yazısında polis qışqıraraq qadınlara deyir: “...Putin bizim tərəfimizdədir. Siz Rusiyanın düşmənlərisiniz. Siz xalqın düşmənisiniz. İndi səni burada ...yik, cavabınız budur. Bunu edəcəyik. Bunun üçün isə mükafat da alacağıq”.

Ölkənin qanunvericiliyini və ədliyyə sistemini işıqlandıran Rusiya nəşri olan “Mediazona” Brateevoda etirazçıların başına gələnlərlə bağlı tam təsəvvür yaratmağa çalışıb. "OpenDemocracy" aşağıdakı məqalənin tərcüməsini və qısaldılmış versiyasını təqdim edir: "..."Mediazona" hadisəni şərh etmək istəyi ilə Daxili İşlər Nazirliyinin Moskva üzrə mətbuat idarəsi ilə əlaqə saxlayıb. Onlar cavab verməkdən imtina etdilər və "Mediazona"dan bunun əvəzinə rəsmi sorğu verməsini istədilər..."

Aşağıda isə ilkin olaraq 9 mart 2022-ci ildə dərc edilmiş həmin məqalənin tərcüməsi verilmişdir: "...Çox isti idi, hamımız köynək geyindik. Tutmağa, nəfəs almağa heç nə yox idi”. 19 yaşlı veb-dizayner Tatyana isə martın 6-da günorta saatlarında 29 etirazçının bir polis mikroavtobusuna sıxışdırıldığı səhnəni belə təsvir edib: "...Digər furqon Moskvanın Komsomolski prospekti yaxınlığında- Brateevo yolunda qəzaya uğrayıb və polis hamını eyni maşına mindirib. Ümumilikdə 29 nəfər var idi: dörd kişi, 25 qadın... Sən furqonun damından yapışırsan, amma hər şey istidən qan-tər içindədir və sadəcə uçursan... Biz bir-birimizdən yapışmalı olduq...", -deyə Tatyana təsvir edir...

Moskva isə hələki Ukraynadakı göz yaşlarına və bombalarla dağıdıb viran etdiklərinə inanmaq istəmir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN