Zelenski: "Artıq o qədər əsir var ki, Nazirlər Kabineti xüsusi qərargah yaradıb..."

Nazirlər Kabineti tərəfindən Hərbi Əsirlərin Müalicəsi üzrə Əlaqələndirmə Qərargahı yaradılıb. "Təzadlar" Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Prezident Vladimir Zelenski video-müraciətində belə deyib: "Əsir düşən işğalçıların sayı artıq o həddə çatıb ki, bu məsələni müharibədən əvvəl bizdə olan strukturların öhdəsinə buraxmaq olmaz. Ona görə də bu gün Ukrayna Nazirlər Kabineti əsirlərin müalicəsi üçün Koordinasiya Qərargahı yaradıb. Əsir düşən və ya təslim olan minlərlə əsgər dövlətimizdən beynəlxalq konvensiyaların tələb etdiyi rəftarı alır. Amma onların sayı o qədər çoxdur ki, bütün əlaqəli məsələlərlə məşğul olacaq xüsusi struktur lazımdır”. Görünür, Rusiya hərbçiləri döyüşmək istəmədiklərindən quru qoşun bölmələrində təslim olma artmaqdadır. Yəqin elə bu səbəbdəndir ki, Rusiya Suriyadan muzdluları döyüşmək üçün Ukraynaya dəvət edir... Hansı ki, 44 günlük Vətən müharibəsi zamanı bir tərəfdən Ermənistanda, o biri tərəfdə isə Rusiyanın hərbi və siyasi rəhbərliyində sinə cıranlar var idi ki, guya Azərbaycan xaricdən muzdlular gətirib. Bu yalanlar ayaq tutsa da, yerimədi... İndi Rusiya özü muzdlulara ehtiyaclı qalıb.

A.Məmmədli 

(Şəkillərdə əsir düşən rus pilotları)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN