Ukraynanın Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol şəhərində sakinlər küçələrə çıxaraq işğalçılardan şəhərin meri İvan Fedorovun azadlığa buraxılmasını tələb ediblər.

Bu barədə Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko Telegram-da məlumat yayıb. "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Timoşenkonun sözlərinə görə, 2000-dən çox insan Melitopol vilayəti dövlət administrasiyasının zəbt edilmiş binasına gedib, işğalçılar tərəfindən əsir götürülmüş merin azad edilməsini tələb edirlər. 

Qeyd edək ki, Prezident Aparatının rəhbərinin müavini Kirill Timoşenko Melitopol meri İvan Fedorovun rus işğalçıları tərəfindən qaçırıldığını bildirmişdi. Melitopol sakinləri merin azad edilməsi üçün mütəmadi olaraq etiraz aksiyasına çıxırlar. Rus hərbçiləri dünın saat 18.00-dan etibarən komendant saatını pozduqları üçün sakinləri güllələməklə hədələyirlər. 

 Qeyd edək ki, şəhərin meri son anadək iş yerini tərk etməyib və rus hərbçilərinə müqavimət göstərib, onların qanunsuz əməllərinə sərt etiraz edib, bununla da şücaət göstərib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN