Rusiya silahlıları bu dəfə jurnalisti güllələdi...

Belə ki, Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində "New York Times" qəzetinin müxbiri güllələnib. CNn-Türk-ün məlumatına görə,  bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib. "İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "New York Times"ın 51 yaşlı müxbiri güllələnib", - o deyib. Qeraşenkonun sözlərinə görə, atəş zamanı daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir.

Xatırladırıq ki, Rusiyanın hara gəldi atılan raketləri və bombaları kimlik tanımır və artıq onlarla jurnalistin də yaralandığı bildirilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN