Ramzan Kadırov çeçen təhlükəsizlik qüvvələrinin Ukraynadakı yeni uğurları barədə məlumat verib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynada keçirilən “xüsusi əməliyyat” zamanı təhlükəsizlik qüvvələrinin yeni uğurlarını açıqlayıb.

 O, bu barədə özünün Telegram kanalında məlumat verib.

 "Bizim cəsur qardaşımız Beno Ukraynanı banderovçulardan və millətçilərdən təmizləmək üçün şərəfli yolunu davam etdirir. Bu gün o, mənə məlumat verdi ki, onun istiqamətində mühüm uğurlar əldə olunub. Və mən xəbər verməyə tələsirəm ki, çeçen döyüşçüləri artıq düşmən mövqelərini tamamilə mühasirəyə alıblar və heç bir dəfə də olsun çeçen dilində danışan batalyonların müqaviməti ilə rastlaşmayıblar”, - deyə  Kadırov yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl KİV-də Ukraynada ruslara qarşı döyüşənlər arasında çeçenlərin olması barədə xəbərlər yayılmışdı.

Hətta Kadırovun legitimliyini rədd edən çeçenlərin Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşduqları, həmçinin  “Şeyx Mənsur Batalyonu”nun komandiri Müslim Çeberlovun Ukraynadakı müharibəni Çeçenistandakı müharibənin davamı kimi gördüklərini bildirdiyi də qeyd edilmişdi...

Hazırda Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya gəldiyi və burada çeçen döyüşçüləri ilə görüşdüyü də iddia edilir...



Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN