Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna müdafiəsinin ön xətti “rus əsgərlərinin cəsədləri ilə doludur”.

Bu barədə o, videomüraciətində bildirib: “Xüsusilə şiddətli döyüşlərin olduğu yerlərdə müdafiəmizin ön xətti sadəcə rus əsgərlərinin cəsədləri ilə doludur. Və bu meyitləri, bu cəsədləri heç kim götürmür. Onlarla birlikdə hücuma yenilərini gətirirlər, hamısı meyitə dönüb qalır... Biz başa düşürük ki, Rusiyanın sadəcə olaraq çoxlu insan resursu və çoxlu texnikası, raketləri, bombaları var... Amma mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində sizə nə edilib ki, itkilərinizin fərqinə varmırsınız?".

Xatırladırıq ki, Moskvada və Rusiyanın digər bölgələrində əsgər analarının etirazları səngimir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN