Dünın martın 19-da, axşam saatlarında Ukrayna Baş Kəşfiyyat İdarəsi və "Azov" alayının döyüşçüləri Rusiya ilə sərhəd yaxınlığındakı dəmir yolu körpüsünü partladıb.

CNN-Türk və Ukrayna mediası yaydığı məlumatda bildirir ki, həmin dəmir yolu ilə Rus hərbçiləri qoşunlarına hərbi sursat və əsgər gətirməyi nəzərdə tutubmuş. “Ukrayna dialoqu” nəşrinin Telegram kanalında isə körpünün altına partlayıcı maddələr olan qutuların qoyulması və onun partladılması prosesinin pilotsuz təyyarə ilə lentə alınmış videosunu yayıblar. Videodan məlum olur ki, Rusiya artıq dağıdılmış körpü ilə heç bir hərbi sursat daşıya bilməyəcək. Sonra o da məlum olub ki, İrpen çayının bəndinin partladılması ilə ruslar Kiyev istiqamətində manevr etmək və hücuma keçmək imkanından da məhrum olublar.

Bu arada rəsmi mənbələr bəyan ediblər ki, ABŞ NATO üzvü olan Türkiyəyə S-400 raket kompleksini Ukraynaya verməyi tövsiyyə edib. Türkiyə mediası isə ABŞ-ın bununla da Türkiyəni Ukrayna-Rusiya müharibəsinə cəlb etmək istəyir. Rəsmi Ankara isə hələki ABŞ-ın bu təkidinə reaksiya verməyib.

"Təzadlar" Ukrayna döyüşçülərinin körpünü neçə partlatdıqlarını əks etdirən videonu təqdim edir:

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN