Ukrayna və Rusiya nümayəndə heyəti arasında onlayn danışıqlar cümə günü, aprelin 1-də bərpa olunacaq.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri David Arakhamia Telegram-da deyib. O, prezident Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında növbəti görüş üçün bir həftə ərzində bəzi siyasi-hərbi və diplomatik çərçivədə hazırlaşmalara başlayacaqlarını da söyləyib. "Türkiyədə keçirilən danışıqlarda biz də bildirdik ki, indi iki dövlətin liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti cavab verdi ki, birinci, bizim nəyisə razılaşdırılmış müqavilə layihəmiz olmalıdır. Bir həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı olanı hazırlayacağıq. Və ümid edək ki, ölkələrin prezidentləri baş tutacaq”.
 Arakhamiyanın sözlərinə görə, Ukrayna tərəfi prezidentlərin görüşünün Rusiya və ya Belarus ərazisində olmamasında israrlıdır. Güman ki, bu görüş Türkiyədə baş tutacaq. 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN