Ukrayna-Rusiya müharibəsi Rusiya hərbi doktrinasının zəif bəndlərini ortaya çıxardı, ABŞ- a da bu lazım idi...

Budur, sitat: "Vladimir Putinin Rusiya ordusunun Ukraynada nə qədər zəif olduğundan xəbəri yoxdur". Bu, ABŞ kəşfiyyatının rəsmisinin açıqlamasıdır. O, CNN-ə bildirib ki, Rusiya prezidenti əvvəldən, hətta bu müharibədən əvvəl də yanlış məlumatlandırılıb: "Putinin köməkçiləri ona müharibə və iqtisadi böhranla bağlı həqiqətləri deməkdən qorxurlar. Hazırda Putinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik hökm sürür".

Əslində isə, Ukrayna ilə müharibə Putinə məhz o xeyri gətirdi ki, Prezident Rusiya Ordusunun nə qədər zəif olduğunu bilmiş oldu. Bu barədə isə gec də olsa, düşünməyə dəyər... Belə ordu ABŞ ordusu ilə üz-üzə gəlsəydi onda necə olardı???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN