booked.netbooked.net booked.net  

Bakının Hənifə Ələsgərov küçəsi- 26-36 ünvanında baş verənlər təəssüf hissi doğurur…

…Tikintidən pul qazananların əməllərini artıq bilməyən yoxdur. Bəzən «Pilot layihə» adı altında paytaxtın yaşıllıq ərazilərini çəpərləyib olan-qalan ağacları da qurudub tikinti altına vermək adi hal alıb. Adını da qoyurlar ki, «Merin o mübarək sərəncamına and olsun, ağac kəsmirik, özləri quruyub…».

***

 Bəli, ağaclar hasarlananda yayın bu istisində susuzluqdan quruya bilər. Amma ağacların zəhərlənməsini göründə dəhşətə gəlməmək olmur.

Belə ki, Bakının Hənifə Ələsgərov küçəsində (Səməd Vurğun küçəsi ilə kəsişmə, Tibb Universitetinin Cərrahiyyə Korpusunun tini) yaşayan sakinlərin sos həyəcanlı zəngi ilə həmin ünvanda olduq… Küçənin təxminən 150-200 metrliyi Bakının mənzərəli banerləri ilə bəzədilib, hündür hasar çəkilib. Lakin tikinti aparan şəxs və ya şəxslərin hardan ağlına gələrdi ki, hasarın arxasındakı bəd əməl bu banerlərin bərbəzəyində yox olası deyil. Elə qarşı binada yaşayan sakinləri də dəhşətə gətirən budur. Belə ki, burada hasar boyu ağaclar aydın şəkildə görünür ki, kimyəvi dərmanla zəhərlənib və qurudulur. Bu əməl təzə törədildiyindən ağacların kütləvi zəhərləndiyi aydın görünür, yarpaqlar qapqara qaralıb, büzüşüb, necə deyərlər, yumağa dönüb.

Təəssüflər olsun, hasarın darvazası içəridən kilidli olduğundan kimsə ilə danışa bilmədik. Amma inanırıq ki, Bakının yaşıllığına heç vaxt biganə qalmayan, yaşıllıqların qayğısını çəkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu acı mənzərənin baiskarını tapacaq, redaksiyamıza və sakinlərə də hər şey bəlli olacaq.

«Təzadlar»

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN