"Açılan bütün nəqliyyat infrastrukturları və yollar ərazisindən keçdikləri ölkənin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir".

Bu barədə bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. "Belə bir ortaq fikir mövcuddur ki, bütün açılan nəqliyyat infrastrukturu, avtomobil və dəmir yolları ərazisindən keçdikləri ölkənin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir", deyə Ermənistan İctimai Radiosu Mirzoyandan sitat gətirir. Beləliklə, Yerevan ermənilərin Qarabağa getmək üçün istifadə etdikləri Laçın dəhlizi üzərində nəzarətin Azərbaycana keçəcəyi ilə razılaşdığını bir daha təsdiq edir. Eyni zamanda, Azərbaycandan Naxçıvana Zəngəzurdan keçən yol da Ermənistanın nəzarəti altında olacaq.

Bəli, Azərbaycanın bölgədə söz sahibliyi getdikcə işğalçı Ermənistan tərəfindən qəbul edilməkdədir. Paşinyan hakimiyyəti bunu görür və qəbul etməkdən başqa yolu qalmayıb... İşğalçıların aqibəti həmişə belə olub...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN