Bu gün Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

— İlham Əliyev (@azpresident) October 9, 2020

Pin It

Məlum olduğu kimi, sabiq prezident Mixeil Saakaşvili Rustavidəki təcridxanada saxlanılır. Bu gün həmin təcridxananın qarşısında gərginlik yaşanıb. Gürcüstan KİV-ləri yazır ki, toplaşanların sıxlığı sayəsində gərginlik yaranıb və bir neçə nəfər saxlanılıb. Polis və "VMH" fəalları arasında baş vermiş sözlü gərginlik daha sonra bir neçə fəalın saxlanılması ilə sona çatıb. Mövcud məlumata görə, saxlanılanlar arasında "VMH" üzvü Aleko Kuprava, Laşa Çuçkiridze vı Cimi Delibaşvili də var. Onlar ərazidəki divarlara "Mişaya azadlıq" yazmağa cəhd göstərsələr də polis fəallara icazə verməyib.

Qeyd edək ki, Saakaşvili hələ də aclıq aksiyasını davam etdirir və səhəttində ciddi narahatlıq yaranıb...

A.Məmmədli

Pin It

...Hələ ötən ilin müharibə günlərində bir yazımda qeyd etmişdim ki, ermənilərin yalanlarının biri bir qəpikdir...
Pin It

 

“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin 27 sentyabr 2020-ci ildə xalqa müraciətlə söylədiyi bu sözlər, əslində, bütün dünyaya verilən bir mesaj idi. Bəli, məhz o gündən xalq-ordu-dövlət birliyi “Dəmir yumruğ”a dönərək 28 illik həsrətə son qoydu. Bu, həm rəşadətli ordumuzun döyüş meydanında düşmənə vurduğu sarsıdıcı zərbələrin, həm də ölkə başçımızın, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin diplomatik sahədə apardığı uğurlu siyasətin nəticəsi idi. II Qarabağ savaşının ilk qığılcmları hələ 2016-cı ilin aprel ayından alovlanmışdı. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə düşdü. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Nəhayət, 27.09.2020-ci il xalqımızın tarixində yeni bir səhifə açdı. II Qarabağ müharibəsinin ilk günlərindən cəbhə bölgələrindən aldığımız xoş xəbərlər qələbəyə ümidimizi daha da artırırdı.Oktyabrın 4-ü Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Ordumuz Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Mənfur düşmənlərimiz təkcə dinc əhali ilə deyil, həm də xalqımızın maddi-mənəvi sərvətlərinə qarşı da qəddarlıq edərək, Cəbrayılın bir sıra tarixi abidələrini dağıntıya məruz qoymuşdu. 2020-ci il noyabrın 16-da qalib ölkənin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident böyük fəxrlə Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu, heç də təsədüfü deyildi. Xudafərin körpüsü xalqımız üçün qürur simvolu idi. Məhz,hörmətli dövlət başçımız bu məkandan tarixi qələbəmizin qazanılmasında rolu olan qəhrəman, igid, rəşədətli ordumuza, bu qələbəni öz qanlarıyla tariximizə həkk edən şəhidlərimizə, müharibənin son günlərinə qədər inamını itirməyən xalqına dərin sevgi və minnətdarlığını bildirdi. Bəli, artıq doğma Qarabağımıza qayıtmışıq. Biz Qarabağımızı yenidən quracağıq. Bu müharibədə əldə etdiyimiz şanlı qələbəmiz tariximizdə yeni, işıqlı səhifələr açacaq.

Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq; “Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq”

Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı olub. Araz vadisi iqtisadi zonasının təməli qoyulub, artıq ilkin maliyyə vəsaiti ayrılıb, ilkin investorlar da müəyyən olunub. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Həmçinin Türkiyə şirkətləri də Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycana qarşı yeni təxribatlar aparılır, biz buna hazır olmalıyıq. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar.

A.Məmmədli

(Bərdə)

 

Pin It

Ölkəmizi bu günlərdə gizli yolla nəhayət ki, tərk etmiş bulunan bu "İsfahan lotusu" ilə illər öncə balaca bir qarşılaşmamız olmuşdu. Oxuyanlar üçün də maraqlı olacağını nəzərə alıban, nəql edim...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN