...Medianın İnkişafı Agentliyi daha bir təlimə start verdi. Bu dəfə jurnalistlər münaqişə zonalarındakı fəaliyyətə hazır olma texnologiyasına yiyələnirlər. Belə ki, bu gün 4 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb. Təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın 8-dək davam edəcək. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.
Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.
A.Məmmədli
Pin It

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım edib.

Pin It

...Könüllü olaraq Gürcüstana gələn və həbsdə olan eks prezident Mixeil Saakaşvili, “Vahid Milli Hərəkat"ın sədri Nika Meliyaya cəzaçəkmə müəssisəsindən məktub göndərib. Yerli KİV-lər xəbər verir ki, Saakaşvili məktubunda müxalifəti birliyə çağırıb. O, həmçinin Nika Melianı seçkilərin nəticəsinə görə təbrik edib: “Nika, əzizim, sənin keçmiş həbsxanandan salamlayıram və istəyirəm səni də və Tbilisili seçicini də təbrik edəm ki, həqiqətən möcuze etdiniz, bunu nə dost nə də düşmən gözləmirdi. İndi ikinci tur keçiriləcək şəhərlər fəxr etmiyimiz böyük şəhərlərdir, dayanmamalıyıq 2018-ci ilin ikinci turunda olduğu kimi, əksinə daim və daha da güclü hücuma keçməliyik. Atana xüsusi təbriklər! Bütün müxalifəti və sağlam qüvvəni birləşdirək, inciklikləri unudaq və bir dəfəlik ölkəmizdə demokratiya və azadlığı qaytaraq. Heç kimə qarşı heç cür revanşsız, çünki hamımız bu ölkənin övladlarıyıq. Uğurunuzla fəxr edirəm və həmçinin təkrar edirəm ki, həyatım bahasına Gürcüstanın hər bir sakinini çətinlik və çətin həyatdan çıxarmaq və Gürcüstanın qələbəsi üçün mübarizə aparmağa hazıram. Tanrı ölkəmizi və hər birmizi qorusun”, – deyə Saakaşvili məktubunda qeyd edib.

 Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə Saakaşvilini iğtişaşlar törətməkdə günahlandıraraq onun həbsdə saxlanılacağını bildirib...

A.Məmmədli

Pin It

...Gürcüstanda Saakaşvilinin ölkəyə gəlişi məqamında keçirilən seçkinin gərgin olacağı şübhə doğurmurdu... Beləliklə, Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) ötəngünkü yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.  MSK artıq 3 743 məntəqənin 1 446-dan (38,63 %) əldə olunan səsləri hesablayıb. Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası 48,56 %, müxalif Vahid Milli Hərəkat Partiyası isə 31,23 % səs əldə edib. Üçüncü yeri isə 6,87 %-lə Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.

Bəs bundan sonra nə baş verəcək? Saakaşvili azad ediləcəkmi? Çünki hakimiyyət onun ölkəyə gəlişini bu seçki prosesindən öz xeyrinə bəhrələnmək istəyi ilə bağlı olduğunu iddia edirdi...

A.Məmmədli

Pin It

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulubmuş.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN