XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tutub. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbakdur. Cefri Verbak Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O,  hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır. 15 iyul 2021-ci il tarixindən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri Səfiri”dir.

Qurumdan verilən məlumata görə, bu günlərdə “Heydər Əliyev İli” ilə əlaqədar “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğatı ilə bağlı geniş fəaliyyət göstərən Cefri Verbakla birgə əməkdaşlıq çərçivəsində ilk layihə olan “Cefri Verbakla bir gecə” adlı  konsert baş tutub. Konsert açılışı Cefri Verbokun  həyat və yaradıcılığına həsr edilmiş xüsusi video-kliplə başlayıb.

Böyük alqışlarla qarşılanan ifaçı tamaşaçıları “Salam, Bakı” ifası ilə salamlayıb, ürəkdən “Qarabağ , Azərbaycandır!” deyərək, zala xüsusi ovqat bəxş edib. Konsertdə  sevilən ifaçı  tar, gitara, elektrik ud və kamançada lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı Bəstə-Nigar, Dilkeş, Çahargah, Şur,  Segah və digər dillər əzbəri olan  muğam və mahnılarla tamaşaçıların qarşısına çıxıb.

Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Cefri Verbok hər bir ifası bitdikdən sonra mahnı haqqında məlumat verərək, tamaşaçılarla öz təəssüratlarını bölüşüb. Eyni zamanda, tamaşaçıların bir sıra suallarını cavablandırıb. Çıxışdan sonra Beynəlxalq Avrasiya Mətbuat Foundunun sədri Umid Mirzəyev fondun adından Cefri Verboka təşəkkürnamə təqdim edərək, ona yeni uğurlar arzulayıb.

Tədbirin sonunda  “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin  sədri Xəyalə Məmmədova Cefri Verboku Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi fədakarlığa görə  Fəxri Diploma layiq görüb. Eyni zamanda, yüksək səviyyədə iştirak etdiklərinə görə konsert iştirakçılarına öz dərin təşəkkürünü bildirib.

E.ŞİRİNOV

image-2

image

image-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN