Məşhur  aktyor Tamer Karadağlını ev sahibi İstanbul Ədliyyəsinə şikayət edib.

Beləki, lüks evin sahibi onun kirayə pulunu əskik ödədiyini və evdən çıxmasını tələb edib.

Şikayətçinin sözlərinə görə, Karadağlı Göktürkdəki ev üçün cəmi 10 500 lirə ödəyib.  Məhkəməyə müraciət edən şəxs aktyorun evdən çıxana qədər 55 min lirə ödəməsini tələb edir. 

Xatırladaq ki, məşhur aktyor Azərbaycan kökənlidir. 

Tamer Karadağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-a köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır.

"Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN