…Ölkədə xarici donor vəsaiti ilə fəaliyyət göstərən mərkəzlər barədə çoxlarımız bilirik. Lakin onların əsl fəaliyyəti və məqsədləri barədə isə çox az bilirik.

Tanınmış QHT rəhbəri Sahib Məmmədov bu məzmunlu statusunda olduqca maraqlı bir məsələyə toxunub. S.Məmmədov yazır: «…Ölkənin mediasını, sosial şəbəkləri monitorinq edib məlumatları xarici ölkələrə ötürməklə məşğuldurlar. Onların bir işi də budur ki, Azərbaycanın görkəmli şəxsləri ilə bağlı gedən müzakirələri toplayıb göndərirlər hara lazımdır ora. Artıq bu yolla ermənilər xeyli görkəmli şəxslərimizlə bağlı vikepediyanın rus və ingilis verisiyasında olan məlumatları sildiriblər və ya redaktə etdiriblər. Məsələn, Əhmədiyyə Cəbrayılov barədə "bizimkilərin" yazdıqları əsasında onun vikepediya məlumatları silinib və yeni redaksiyada tamam başqa şeylər yazılıb. Rəsulzadə, Nərimanov və digər şəxsiyyətlər barədə lazımsız gündəm yaradıb müzakirə açanların məqsədləri də elə budur. Amma Nərimanovu müzakirə edənlərin əksəriyyəti Əkrəm Əylisli barədə ya susur, ya da əksinə onu göylərə qaldırır. Bu prosesə bilməyərəkdən qoşulanlara deyirəm: Azərbaycanlı şəxsiyyətlərin müzakirəsi erməni-fars planının tərkib hissəsidir. Əlbəttə, tarixin mürəkkəb məqamlarında taleyüklü məslələri həll edənlərin səhvləri də olub. Onları demək və yazmaq da olar. Amma baxır kim deyir. Bəzən şəxsiyyətlər və dövrlər barədə bir dövlət xadiminin dedikləri milli mənafelər baxımdan lazımdır. Amma bu yerdə qalanlara əsas vermir ki, ağızlarına gələni yazıb 100 il əvvəlki hadisələrə bu günün prizmasından qiymət versinlər. Ermənilər Mikoyan barədə pis heç nə yazmır. O da bolşevik olub. Faşist Nejdeye de heykəl qoyublar… Biz isə…».

Bəli, biz isə olan-qalan tarixi şəxsiyyətlərimizə, ermənilərin şər və böhtan atmağı bəs deyil, özümüz də bu tərəfdən düşmənin bəd niyyətinə dəstək veririk…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN