Elza Seyidcahan musiqiçilərinin yanında "üzüqara" qalıb. Solo konsertindən 10 gün keçsə də onların zəhnət haqqını ödəyə bilmir...

***

Məlum olduğu  kimi, Əməkdar artist Elza Seyidcahan "Mahnılar və şeirlər" adlı solo konsertini təqdim edib.

 Tezadlar.az xəbər verir ki, konsertdə müğənnini müşayiət edən kamança ifaçısı Elnur Salahov ondan şikayətçidir. Bu barədə sosial media hesabında yazan kamança ifaçısı Elzanın musiqiçilərə ödəniş etmədiyini vurğulayıb.

"Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib. 2 ay məşqinə getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəyəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür" - deyə Elnur paylaşımında yazıb.

etiraz

Qeyd edək ki, E.Seyidcahan Axşam.az-a açıqlamasında sözügedən konsertinə görə, maddi tərəfdən borca düşdüyünü bildirmişdi.

Belə görünür ki, müğənni konsertinə çəkdiyi xərclə əldə edəcəyi gəliri - bilet pulunu yaxşı hesablaya bilməyib, yaxud da ona düzgün hesablama hazırlayıb verməyiblər. Ona görə də, aylarla zəhmət çəkən musiqiçi də zəhmətinin bəhrəsini görə bilməyib - elə Elza Seyidcahan da. Musiqiçinin pulunu ödəməməsi  və "verməyəcəyəm" deməsi isə Elza xanımın gələcəkdə keçirmək istəyəcəyi konsertləri sual altında qoya bilər. Çətin ki, hansısa musiqiçi onunla pulsuz çalışmağa razı olsun...

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN