Rusiyanın xalq artisti Alla Puqaçovanın gəlini Viktoriya Fadeyeva 49 yaşında dünyasını dəyişib.

Müğənni Alla Puqaçovanın qardaşı oğlunun keçmiş həyat yoldaşı Viktoriya Fadeyeva 2022-ci ilin payızında dünyasını dəyişib.

Tezadlar.az xəbər verir ki, estrada ulduzunun qohumunun ölüm xəbərini “StarHit” yayıb.

“Vika yuxuda öldü. Ürək dayandı", - deyə nəşrin mənbəsi bildirib.

Puqaçovanın mərhum gəlininin uzun müddət narkomaniya ilə mübarizə apardığı məlum olub. Bir neçə il əvvəl o, hətta komaya düşsə də, sonradan aludəçiliyinə qalib gələ bilib. Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan qısa müddət sonra Rusiyadan İsrailə qaçan Puqaçova gəlininin ölümü ilə bağlı hələlik açıqlama verməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN