Bu günlərdə professor Vaqif Abdullayevin Gürcüstanın Tbilisi şəhərində Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik irsindən bəhs edən “Milli Dövlətçiliyimizin Simvolu” adlı yeni kitabım gürcü dilində çapdan çıxmışdır.
Kitabın Ulu öndərin anadan olmasının 100 illik yubileyi ərəfəsində nəşr edilməsi dövlət səviyyəsində keçirilən silsilə tədbirlərin bir hissəsi olaraq Heydər Əliyev irsi barədə Gürcüstan ictimaiyyətində geniş təəssürat yaratmağa və təbliğinə xidmət edir. V.Abdullayev "Təzadlar"a bildirdi ki, "...Kitabın Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyası tərəfindən tərcümə olunaraq yüksək zövq və nəfis tərtibatla nəşri bir daha Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərindən, Ulu öndərə dərin ehtiramdan qaynaqlanır. Azərbaycan-Gürcüstan ictimai-siyasi münasibətlərinin inkişafında əvəzsiz xidmətləri olmuş Ulu öndərin əziz xatirəsi gürcü xalqı tərəfindən hər zaman rəğbətlə qarşılanmaqdadır. Onun təməlini qoyduğu dərin sütunlar Azərbaycan və Gürcüstan arasında sıx münasibətlərin daha da möhkəmlənməsinə, siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsinə güclü zəmin yaratmışdır".
Professor onu da əlavə etdi ki, bu yubiley günlərində Ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın nümunəsi, bir alim və ictimai xadim kimi vətəndaşlıq borcumun töhfəsi olan “Milli Dövlətçiliyimizin Simvolu” kitabı Gürcüstanın elmi-ictimai-mədəni mühitində və oxucularda geniş rəğbət qazanacaq, Azərbaycan və Gürcüstan xalqları arasında möhkəm və sarsılmaz dostluq əlaqələrinin daha da güclənməsinə öz dərin töhfəsini verəcəkdir: "...Onu da qeyd edim ki, yaxın günlərdə kitabın Gürcüstanın elmi-siaysi, ictimai dairələrinin, dövlət nümayəndələrinin iştirakı ilə geniş təqdimat mərasimi keçiriləcəkdir...".
Professor Vaqif Abdullayevi bu nəfis və yüksək siyasi şərh və təhlillə hazırlanmış kitabına görə ürəkdən təbrik edirik.
Elçin Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN