“MasterChef Avstraliya”nın məşhur aşpazı və münsiflər heyətinin üzvü Cok Zonfrillo 46 yaşında vəfat edib.

“MasterChef Australiya”dan verilən açıqlamada deyilir: "MasterChef ailəsinin sevimli üzvü Cok Zonfrillonun qəfil itirilməsi bizi dərindən sarsıtdı və kədərləndi. Cok avstraliyalılara bestseller müəllif, aşpaz, xeyriyyəçi və MasterChef hakimi kimi tanınsa da, o, sevən ata, ər, qardaş və oğul kimi yadda qalacaq”.

Digər tərəfdən, Zonfrillonun ölümü şübhəli sayılmır.

Qlazqoda italyan ata və şotland anadan olan Cok Zonfrillo 20 yaşında Avstraliyaya köçüb və 2019-cu ildə MasterChef-də hakim olana qədər 20 ildən çox Sidney və Adelaidada məşhur restoranları idarə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN