Bu gün qazaxıstanlılar xalqların birliyi bayramını qeyd edirlər.

Xatirladaq ki, 1 May gününün Qazaxıstan xalqlarının birlik günü elan edilməsi haqqında prezident sərəncamı 1995-ci il oktyabrın 18-də imzalanıb.

 Bu gün qeyd edilən bayramın məqsədi sabitliyi və millətlərarası harmoniyanı möhkəmləndirmək, mədəniyyətlərarası dialoqun Qazaxıstan modelinin nailiyyətlərini nümayiş etdirməkdir.

Qeyd edək ki, Qazaxıstan xalqlarının birliyi bayramı təntənəli tarixlər arasında xüsusi yer tutur, çünki respublika çoxmillətlidir. Burada 130-a yaxın millətin nümayəndəsi eyni dam altında  yaşayır. Onların mədəniyyətinin, dilinin, adət-ənənələrinin inkişafı üçün hər cür şərait yaradılıb.

 Qazaxıstan Respublikasında 1996-cı ildən başlayaraq hər il mayın 1-də çoxmillətli dövlətdə yaşayan bütün etnik qrupları birləşdirmək üçün bayram tədbirləri - konsertlər, sərgilər, yürüşlər, yarmarkalar, festivallar keçirilir.

  

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN