"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının təşkiatçılığı və Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2022" Qrant müsabiqəsinin qalib layihəsi olan və "Heydər Əliyev" ili ilə bağlı həyata keçirilən "Ənənə Ocağı" layihəsinin Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin akt zalında konsert proqramı baş tutub

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının hazırladığı layihə çərçivəsində, “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində yerləşən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin akt zalında milli adət-ənənələrimizi əks etdirən sərgi qonaqlara təqdim olunub. Sərgidə nümayiş olunan qədim məişət əşyaları, yundan toxuculuq üçün sap düzəldən cəhrə, həvəkdəstə, qədim xalçalar, mis kasalar, samovar, qab-qaşıqlar, sandıq və s. eksponatlar gələn qonaqların həm xoşuna gəldi, həm də onlarda yüksək əhval-ruhiyyə yaratdı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.  Giriş sözü ilə çıxış edən  Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Birinci vitse-prezidenti - Ruhiyyə Poladova    torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sayğı duruşundan sonra Ruhiyyə xanım qələbəmizlə başa çatan II Qarabağ  müharibəsinin  qazilərinə Allahdan şəfa, bu döyüşlərdən möcüzə nəticəsində salamat çıxıb, bayrağımızı azad olunmuş rayonlarda dalğalandıran qəhrəman veteranlarımıza isə  uzun ömür və can sağlığı arzu edərək dedi:”Milli adət-ənənələrimizin qorunub saxlanılması və milli dəyərləri əks etdirən layihələrin həyata keçirilməsi olduqca vacib məsələdir. Belə tədbirlər gənclərimizin qədim adət-ənənələrimizi mənimsəməsində, onların milli kökə bağlanmasında mühüm rol oynayır. Məhz bu kimi tədbirlərin milli kimlik, düşüncə və  yaratdığı vətənpərvərlik hissləri sayəsində, gənclərimiz II Qarabağ savaşında Ali Baş komandan prezident İlham Əliyevin sərkərdəliyi ilə əsl qəhrəmanlıqlar göstərərək, 30 il işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qələbə sevinci yaşatdılar. Müstəqil Azərbaycanın sizin kimi müstəqil, savadlı, vətənini, torpağını, dövlətini, bayrağını sevən gənclərimiz formalaşıb. Ona görə biz gələcəyimizdən narahat deyilik. İnanırıq ki, məhz sizin kimi vətənğərvər gənclər dövlətimizin idarəçiliyində təmsil olunacaq və Azərbaycanın adını, nüfuzunu beynəlxalq arenada daha yüksəklərə qaldıracaqlar”.

Ruhiyyə xanımın bu gözəl çıxışından sonra bədii hissə başladı. Konsert proqramı çərçivəsində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin sədri, pedaqoq, pianist - Türkan Həsənova milli musiqilərimizin gənclər arasında təbliği olunması ilə bağlı fikirlərini bölüşdü və səhnəni gənclərə verdi.

Qeyd edək ki, konsert proqramında gənclərdən Xəyal Məmmədov "İncə Bellim", Zemfira İslamova pianoda "Ölsəm Bağışla", Altun Süleymanov "Laçın", Nihad Şıxəliyev tarda "Ləpələr", Ramal Məmmədov və Əmrah Eyvazovun birgə çıxışı ilə "Torpağın səsi", Yusif Əziz "Dahi", Asim Muradov "Sənə də qalmaz" ifaları ilə çıxış etdilər. Bu gənclərin şıxışları isə böyük alqışlarla qarşılandı.

Sonda ifaçılar müxtəlif sertfikatlarla təltif olundular.

Hazırladı: Elçin MƏMMƏDLİ

img-6037

img-6039

img-6038

img-6041

img-5869

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN