…Sabah onun ad günüdür!

Amma təəssüflər olsun, o, bu dəfəki ad gününü də doğulduğu-dünyaya göz açdığı yurdunda-Mərzili elində qarşılaya bilmir. Amma Mərzilinin 30 illik nisgilini elmi-publisistik yazılarında, məqalələrində yad edib, unutdurmayıb…

***

Bir kənddənik, qohumuq… deyə, bəlkə də bəzi ifadələr təvazökarlıq çərçivəsindən kənara çıxar, amma olanları deməyə nə təvazökarlıq?!

2020-ci ilin 44 günlük Vətən müharibəsinin xəbərini sentyabrın 27-də, səhər saatlarında xəbər tutdum. Dərhal Ağdama getməyəi qərarlaşdırdım. Yola çıxar-çıxmaz, telefonuma zəng gəldi, İmdad müəllim idi. O da həyəcanla müharibə xəbərini mənimlə bölüşdü, dedim, yola çıxıram. Soruşdu ki, yolun haradır? Bir az zarafatla «İndi hamının yolu Ağdamadır…», -dedim. İncik halda dedi:

-Bəs mənə niyə demirsən?

-İndi zəng etdiniz, dedim də…

-Gözlə, gəlirəm, birlikdə çıxarıq…

imdad-3

Beləliklə, səhər tezdən Ağdama yola çıxdıq… Quzanlıya çatanda təxminən yüz metrliyimizə raket düşdü. O, bir az həyəcanlandı, amma bir-birimizə ürək-dirək verdik, dedim, burda raket hər kəsin alın yazısıdır!

Elə oradanca Ağdam Muğam Mərkəzindəki hərbi  Qərərgaha yollandıq, oradan Ağcabədiyə, Tərtərə… Qarşımıza çıxan və evindən perik düşmüş insanlara ürək-dirək verə verə hərbçilərin, topçuların yanınadək getdik… İmdad müəllim evini təhlükəsizlik baxımından tərk etmiş insanlardan kim qarşısına çıxırdısa, ehtiyacı olana pul, ehtiyacsıza isə ürək-dirək verirdi…

Deməyim odur ki, o, Qarabağda-döyüş bölgəsində hər kəsin alın yazısı olan düşmən raketlərini belə eyninə almadan müharibə bölgəsinə könüllü olaraq getmişdi. Onu ora içindəki Vətən, yurd sevgisi aparmışdı. Bu sevgi onun içindən, qanından, mənsub olduğu və soy kökünü daşıdığı Ədil bəyin ruhundan gəlirdi (Babam Alverdi bəy Məşədi Məmməd oğlu ilə babası Ədil bəy (yüzbaşı)  əmioğlu idilər).

***

…İndi mənə nə qalır: İmdad Bayramovu ürəkdən təbrik etmək! Təkcə ad gününə görə yox, həm də göz açdığı, 30 il həsrətini çəkdiyi Mərzilidəki ata yurduna  qayıdışa hazırlaşdığına görə!

imdad-4

SONDA: Baramov Imdad Mustafa oglu-BDU-nun Psixologiya kafedrasının dosentidir, psixologiya uzrə fəlsəfə doktorudur. 06.05.1963-ci ildə Agdam rayonunun Mərzili kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta təhsil almış, 1981-1983-ci illərdə hərbi xidmətdə olmuşdur. 1983-ci ildə A.A.Jdanov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Psixilogiya fakültəsinə daxil olmuşdur. 1988-ci ildə həmin fakültənini bitirdikdən sonar göndərişlə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) psixologiya kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildə “ “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan xalqının etnik psixoloji xüsusiyyətlərinin inikası” mövzusunda namizədlik dissertasiyasını mudafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2007-ci ildə BDU-nun əyani doktoranturasına qəbul olmuş, 2010-cu ildə isə həmin doktoranturanı bitirmişdir. 2007-ci ildə “Qloballaşma şəraitində separatizmin sosial-psixoloji məsələləri” doktorluq dissertasiyası mövzusunu göturmuş və 25.06.2021-ci ildə həmin mövzu üzrə doktorluq dissetasiyasını müdafiə etmişdir. İmdad Mustafa oglu Bayramovun 4 dərslik və dərs vəsati, 2 monaqrafiya, 120-dən cox elmi məqalələrin, 9 tezis, 8 metodik göstəriş və proqramların, «Web of sciense» jurnalında 4 məqalənin, «Skopus» jurnalında isə 2 məqalənin və s. muəllifidir. Eləcə də Türkiyənin «Turan-SAM» dərgisində bir neçə elmi-publisistik məqalələri yayımlanmışdır.

Asif Mərzili

imdad-5

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN