Xəbər verdiyimiz kimi, deputat, "Azərbaycan" qəzetinin 21 ildir baş redaktoru olan Bəxtiyar Sadıqov dünən Milli Məclisdə qəzetin müflis olduğunu və bağlanma təhlükəsi ilə üz-üzə qaldığını ortaya qoydu... Tanınmış yazıçı Mehriban Vəzir maraqlı statusla çıxış edib. Aşağıda təqdim edirik:
-Bu məsələ dünəndən ölkə ziyalılarının və tanınmış media rəhbərlərinin, yazıçıların... müzakirə mövzusudur və sərt tənqidlə müşaiyət olunur. "Nyu-York Tayms" (Nyu-York vaxtı) qəzeti 1851-ci ildən çıxır. 21-ci yüzilin əvvəllərinə kimi tirajı bir milyondan çox idi. 
Hələ 15 il əvvəl qəzetin redaktoru müsahibə vermişdi ki, təhlükə qarşısındayıq, tirajımız düşür, camaat qəzet almır.
Bəli, oxucu "Nyu-York Tayms"ı almadı, lakin oxumağa davam etdi. Zaman gözümüzün qarşısında dəyişdi, daha oxucu qəzet almağa getmədi, qəzet xidmətinə gəldi... bu da dövrün gözəlliyi! 
Dövrün sınağı isbat etdi: 
Gerçək qəzet internet vasitəsi ilə də oxunacaq. Pul da qazanacaq, özünü də keçindirəcək, dünya durduqca ömrünü də sürəcək. Gənə qəzetlər, yəni dövlətin qarnına yapışıb qan sormaqla gün keçinənlər bu mərhələni aşmayacaq... (bir müddət süründürülə bilər...)
"Azərbaycan" qəzeti Azərbaycanda oxunmur və oxunmayacaq. Varlığı yoxluğuna bərabərdir. Kimsə o kalitesiz ürünü almaz, evinə gətirməz. Bu, çox normal haldır... olmasın qəzet, olsun alma... axı kim pulunu çürük almaya verər?
İndi, kiminsə yadına düşüb ki, Cümhuriyyətimizin yadigarı imiş... 
Ayıbdı, vallah... Cümhuriyyətin hansı dəyərinə dəyər verdiniz ki? 
Cümhuriyyət sözünü kaş dilə gətirməyəydi... elə olduğunu deyəydi. Deyəydi: 
-Ey dövlət, illərdir büdcədən bizə havayı don biçmisən, gen-bol "donnux" vermisən... vermisən yemişik, örtmüsən yatmışıq, gözləmisən canımız çıxmayıb... 
Yenə ver yeyim, ört yatım, gözlə, canım çıxmasın...
Bax, bu, olardı... yüz ilin başında bir SÖZ...
Mehriban Vəzir
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN