AFP-nin Twitter-də yazdığına görə, Ukraynada olan 16 sənət əsəri müvəqqəti saxlanmaq üçün gizli şəkildə Fransaya aparılıb. Belə bir qərarın hərbi əməliyyatların mümkün nəticələrindən xilas etmək üçün verildiyi iddia edilir.

Ölkədən çıxarılan əsərlər arasında, Bizans ikonaları da olub. İndi onlar Parisdəki Luvr Muzeyində yerləşdirilib və burada "Müqəddəs obrazın mənşəyi" sərgisi çərçivəsində geniş ictimaiyyətə nümayiş etdirilib.

Bundan əvvəl məlum olmuşdu ki, Ukraynanın şizmatik pravoslav kilsəsinin nümayəndələri Kiyev-Peçersk Lavrasında Rusiya Pravoslav Kilsəsi tərəfindən dövlətə xəyanətdə ittiham olunaraq anatematlaşdırılmış Hetman İvan Mazepanın ilk anım mərasimini keçiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN