Gəncə bazarının içərisində muzey-kafe var. Həmkarım Müşfiq Cəfərov o muzeyi görməyi təklif etdi.

Bunu millət vəkili, MCP sədri Razi Nurullayev bildirib.

 O, diqqətə çatdırıb ki, həmkarının təklifi ilə həm bazarı görmüş olub, həm də tarixi eksponatların toplandığı muzeyi ziyarət edib.

“Həm Gəncə bazarını gördüm - üstü bağlı, təmiz və səliqəli qədim bir bazar. Bu muzeydə isə 4-5 əsr tarixi olan artefaktlar saxlanılır. Muzeydə Xətai otağı var və ən qədim artefaktlar orada saxlanılır. Muzey sahibləri də qədim köklərini yaşadan nəsildir və öz vəsaitləri ilə tarixi cəhətdən xeyli qiymətli nümunələr toplayıb saxlayırlar. Yuxarıda olan bayraq Gəncə xanlığının son bayrağıdır dedilər.

Gəncənin qədim tarixini bu muzeydə əyani görmək olur”, - deyə Razi Nurullayev muzeyi bəyəndiyini vurğulayıb.

Qeyd edək ki, artefakat  - uzaq keçmişdə mexaniki təsirə məruz qalmış, məqsədyönlü arxeoloji qazıntılar və ya hər hansı tək, bəzən təsadüfi hadisə nəticəsində aşkar edilmiş obyektdir. Artefaktlara misal olaraq daş alətlər,  zərgərlik məmulatları, silahlar,  keramika məmulatları, tikililər və onların detalları, qədim yanğının kömürləri, insan təsirinin izləri olan sümüklər və s. göstərmək olar.. Onlarda elm və ya sənət baxımından dəyərli olanları muzeylərdə və sərgilərdə nümayiş etdirilir.

 Xatırladaq ki, millət vəkili Gəncəyə səyahətini "Bakı-Gəncə" qatarı ilə etdiyini də açıqlayıb və qatarın müasir tələblərə cavab verməsini, xidmət səviyyəsini çox bəyənib. Lakin Razi bəy biletin ona neçəyə başa gəldiyini yazmayıb... 

qatar-razi

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN