Azərbaycanla Gürcüstan arasında təkcə siyasi-iqtisadi sahədə deyil, həm də mədəniyyət sahəsində diqqəti çəkən işğüzar, sevgi dolu əlaqələr vardır...

Buna bariz nümunə kifayət qədərdir. Elə ötən gün Gürcüstanın tanınmış estrada müğənnisi Veriko Turaşvili görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun “Bahar sənsiz” mahnısına klip çəkdirib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, dünən klipin təqdimatı Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutub. Veriko Turaşvili bildirib ki, hazırda 8 mahnının yer alacağı Azərbaycan mahnılarından ibarət albom üzərində işini davam etdirir.

Veriko Turaşvili bir müddət öncə “Sarı Gəlin” Azərbaycan xalq mahnısına da klip çəkdirib. Müğənni növbəti hədəfinin “Laçın” mahnısına elə Laçın rayonunda klip çəkdirmək olduğunu da xatırladıb.

Bəli, təzaddır: Azərbaycan 4 qonşu ilə əhatələnib: Rusiya (Dağıstan), İran, Ermənistan və Gürcüstan. Kimisi qonşudur, kimisi dostdur, kimisi də düşmən... Təəssüflər olsun, indi zaman elədir ki, qonşu pis olanda köçüb qurtarmaq da olmur. Ermənistan və İran kimi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN