Gürcüstanda yeni və süni etirazlara zəmin yaradanlar var...

Belə ki, Qırmızı-Körpü yaxınlığında yeni kilsənin tikilməsi və təməlqoyma mərasimində yerli hökumət nümayəndələrinin iştirakı yerli müxalifət və ictimai fəallar tərəfindən birmənalı qarşılanmayıb. Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, xəbər portalına müsahibə verən ictimai fəal Samirə Bayramova və "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev yerli hökuməti ciddi tənqid edərək, dini məsələlərdə ikili standartlaya yol verdiklərini qeyd ediblər. S. Bayramova bildirib ki, ümumilikdə Yeparxiyanın Marneuli barədə yanlış düşüncələri mövcuddur. Onun fikirincə, Yeparxiya burada sanki xristianlaşdırma işləri aparmaq üzərində çalışır. Ə. İmamquliyev isə bu ərazilərdə kilsənin tikilməsində həmin ərazilərdəki boş torpaq sahələrinin kilsənin balansına verilməsi məqsədi daşıdığını bildirib.
Maraqlıdır ki, kilsənin tikiləcəyi ərazi Azərbaycanlıların yaşadığı və az sayda gürcülərin olduğu Marneuli rayonu ərazisinə düşür. Bu əraziyə isə, olsa-olsa, müsəlmanlara aid ibadət yeri tikilə bilərdi...

Azərbaycanın dini rəhbərlərindən isə hələki bu məsələyə reaksiya verən yoxdur.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN