Ukraynanın Özbəkistandakı diplomatik nümayəndəliyi: “...Özbəkistan Respublikasının imicinə təhlükə yaradır”. 

***

Özbəkistanda bir qrup fəal Qriqori Lepsin Daşkənddəki çıxışının ləğvini tələb edir.

Buna səbəb isə Qriqori Lepsin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləməsi, həmçinin iyulun 3-də döyüş bölgəsində Ukrayna Leopard tankını sıradan çıxaran rus əsgərinə 1 milyon rubl ödəməsini bəyan etməsidir.

Lepsin Özbəkistana dəvət edilməsinə Ukraynanın Özbəkistandakı səfirliyi də etirazını bildirib.

Ölkənin mədəniyyət və turizm nazirinin müavini Bahodir Əhmədov kun.uz saytına müsahibəsində “hər şeyi məhdudlaşdırmaq olar, amma incəsənət sərhədsiz bir sahədir” deyib və əlavə edib ki, Özbəkistanda sənətə heç bir maneə yoxdur.

Ukraynanın Özbəkistandakı nümayəndəliyi isə “Səfirlik müharibəyə dəstək verən rusiyalı sənətçilərin Özbəkistanda nümayiş etdirmələrinin müharibənin qızışdırılmasına yönəlmiş cinayətkar fəaliyyətlərinə saxta dəstək görüntüsü yarada biləcəyinə diqqət çəkir ki, bu da Özbəkistan Respublikasının imicinə təhlükə yaradır. Bundan əlavə, Rusiya cinayətkarlarının əldə etdiyi vəsaitlər onlar tərəfindən müharibə, terrorizm və Ukrayna xalqının soyqırımını maliyyələşdirmək üçün istifadə oluna bilər”, - deyə vurğulayıb.

Səfirlik bildirib ki, onlar “bu məsələ ilə bağlı Özbəkistanın səlahiyyətli orqanlarına müvafiq müraciət” göndəriblər.

Bundan əlavə, Ukraynanın Özbəkistandakı diplomatik nümayəndəliyi müharibəyə dəstək verən rus sənətçilərinin çıxışları üçün Özbəkistandakı konsert meydançalarından istifadə edilməsinə qarşı çıxan Özbəkistan ictimaiyyətinə minnətdarlığını bildirib.

Xatırladaq ki, Qriqori Viktoroviç Leps (Leps — Lepsveridzedən götürülmüş səhnə adıdır) 16 iyul 1962-ci ildə Soçidə, Krasnodar diyarında anadan olub.

Leps bəstəkar, musiqi prodüseri və müğənnidir.

O, 2022-ci ildə Rusiya Federasiyasının Xalq artisti adına layiq görülüb.

 "İlin mahnısı" festivalının laureatı və "Qızıl qrammofon" mükafatının qalibi olan musiqiçi “Qriqori Lepsin Prodüser Mərkəzi”nin də rəhbəridir.

O, Rusiyanın Ukraynaya müdaxiləsinə ictimai dəstək verdiyi üçün bütün Aİ ölkələrinin beynəlxalq sanksiyaları altındadır, həmçinin 2013-cü ildə ABŞ-ın sanksiya siyahısına daxil edilib,.

2023-cü ilin fevralında isə ABŞ sanksiyaları götürülüb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN