Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Bakupost.az-a Əməkdar jurnalist özü bildirib. O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq: 
"Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”. 

Qeyd edək ki, N.Nəbizadə bu yaxınlarda geniş videomüsahibə vermiş, jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi.

azedu.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN