Yaxud, təzə direktorun yeni qaydaları...

…Kəndli balası əkmək parası ilə göz qorxudur? Lənkəran Teatrı yenə gündəmdədir. Bu dəfə rejissor- aktyor münaqişəsi ilə. Bu haqda məlumatı adının çəkilməsini istəməyən teatrın əməkdaşı  verib. Onun sözlərinə görə bir ildən çoxdur ki, teatrda intriqa, dava-dalaş bitmək bilmir. Gah teatrın direktoru işçilərlə dalaşır, gah rejissorlar aktyorlarla. Teatrı dəstələrə bölüblər. Direktorun öz komandası var, baş rejissor Anar Babalının öz dəstəsi. Aldığımız məlumata görə, sonuncu dəfə neçə gün əvvəl  teatrdakı dava-dalaş pik mərhələsinə çatıb. Belə ki, teatra baş rejissor Anar Babalının arzusu ilə yeni dəvət olunmuş rejissor  ilə teatrın aktyoru arasında insident yaşanıb. Nəticədə rejissor aktrisaları nalayiq söyüşlərlə  təhqir edib. Deyilənlərə görə, insident o həddə çatıb ki, həmkarlar bir-birinə qayçı ilə xəsarət yetirməyə çalışıblar. Amma ətrafdakılar vaxtında müdaxilə edərək qanla başa çatacaq insidentin qarşısını ala biliblər.

Mənbəmiz deyir ki, baş vermiş insidentlə bağlı baş rejissor Anar Babalı iclas keçirib. İclasda  işçilərin etdikləri hərəkətlərdən utanıb yerə girdiyini bildirən Anar Babalı deyib ki, «Mən teatra iki nəfər gətirmişən. İkisi də mənim başımı yerə soxub».

Mənbə bildirir ki, teatrdakı idarəetmədə bir xaos var. İntiqam Hacılı teatrı idarə edə bilmir. "Əslində, teatrı kimin idarə etdiyini anlamaq çox çətindir", -  deyə mənbə bildirir.

Ən maraqlısı, burada direktor İntiqam Hacılıdır (keçmiş direktor Tofiq Heydərov onun barpəsində prokurorluğa şikayət verib ki, 30 ölü can və korrupsiya faktları var), ya Anar Babalı, bilmək olmur. Hərə özü üçün bir qanun tətdbiq edır. Mənbəmiz bildirir ki, İntiqam Hacılı yeni  qaydalar gətirib. Necə deyərlər, teatrda “ iki- iki” gəzmək qadağandır. "Direktorun istəyinə uyğun olaraq özümüzə yoldaş-dost seçməliyik. Necə deyərlər, onun istəmədiyi adamlarla danışmaq  olmaz… Bizə çayçıda oturmağa icazə vermirlər. İntiqam deyir ki, məşqi olmayan aktyorlar işə gəlməsin. Gəlib çayçıda boş- boş oturmasınlar. Yeni qaydalarsa problemə səbəb olur…».

Artıq dəfələrlədir direktorla işçilər arasında   münasibət əlbəyaxa həddinə qədər çatıb.

Anar Babalı isə oğlanlara qızların qrim otağına girməyi qadağan edib. Mənbəmiz deyir ki, artıq dalaşıb- barışmaq da teatrda rəhbər işçilər üçün vərdiş halını alıb. Əsəblərini idarə edə bilməyən İntiqam Hacılı bu yaxınlarda hirslənib hücum çəkib aktyorun yaxasından tutaraq onu hədələdi. Sonra  yanına çağırıb üzr istədi. Aktyor isə bildirdi ki, sən mənim yaxamdam kollektivin yanında tutubsan, onların yanında da üzr istəməlisən. Aldığımız məlumata görə, İntiqam Hacılı və Anar Babalı onların ədalətsiz idarəçilik uslubu ilə barışmayıb səsini çıxaranları işdən çıxaracağı xəbərdarlığı ilə hədə-qorxu gəlir.

Və təəccüblü odur ki, bütün bunları hər addımda nazirliyin adını çəkərək nazirliyin göstərişləri ilə etdiklərini bildirirlər. Ona görə də hər kəs bir tikə çörəyinə görə hədə-qorxuya baş əyir.

Deyilən ittihamlarla bağlı İntiqam Hacılıdan  münasibət bildirməsini öyrənmək istədik, amma bu mümkün olmadı.

XXX

 Yeri gəlmişkən, Lənkəran Dövlət Dram Teatrında  teatrın direktor səlahiyyətlərini icra edən İntiqam Hacılının müəllifi və rejissoru olduğu  “Qapıda öpüş” tamaşasının növbəti nümayişi olub. Tamaşaçılar arasında Lənkəranın bir qrup yazarı da iştirak edib. Nümayişdən sonra tamaşanın iştirakçıları ilə yazarlar arasında yeni tamaşanın müzakirəsi baş tutub. Qalmaqalla keçən müzakirədə gərgin anlar yaşanıb. Şahidlərin  bildirdiyinə görə, yerli yazarlar teatrın rəhbərliyini  tamaşanın ideya-bəddi həllinə görə kəskin tənqid ediblər. Yazıçı-dramaturq Hafiz Mirzə bildirib ki, Lənkəran tamaşaçılarına təqdim olunan tamaşa milli dəyərlərimizə zərbə vuran elementlərlə doludur. “Yazıçılar Birliyinin lənkəran bölməsinin 15 nəfərə yaxın üzvi ilə birlikdə dünən axşam Lənkəran teatrında “Qapıda öpüş” tamaşasına baxdıq. Deyim ki, heç özfəaliyyət kollektivi də belə mənasız tamaşa ilə tamaşaçı qarşısınna çıxmaz. Tamaşanın dramaturji həlli yox idi, tamaşa başdan ayağa cəfəngiyatdan ibarət idi”.

 Hafiz Mirzə bildirib ki, tamaşada Azərbaycanın milli dəyərləri olan şəxsiyyətlər təhqir edilib.  Tamaşanın qısa sujeti ondan ibarətdir ki, aktrisa və ya müğənni olduğu dəqiq açılmayan, amma teatrın maşinisti ilə isti münasibətlər yaşayan Natəvan adlı gənc qadın doğum gününü əri ilə birlikdə keçirtmək istəyir. Amma onun əri Nəsimi 3 saat yubanır. Nəticədə şərab kuzəsinə sarılmış gödəkboylu Nizamini, maşınıst Teymuru qapıdan içəriyə rahatca buraxan Natavan Nəsimi gəldikdə onu qapıdan içəriyə  buraxmır… Klassik şairimiz İmadəddin Nəsimiyə nəzərən vurğulanan, hətta başına çalma da qoyan Nəsimi obrazı səhnəyə  şalvarını indicə batıracaqmış kimi daxil olur, "tamaşanın" sonunda isə axır ki, qorxudan şalvarını isladır. O mənzilinin qapısı arxasında əxlaqsız qızla rəqs etdiyi üçün arvadı Natəvan da içəridə onun acığına maşınist Teymurla "rəqs" edir.  Bu Teymur isə ayağını əzdiyi üçün Əmir Teymurun  geyimində, hətta "Nəsimi" filmindən məlum səhnəni oynayaraq təqdim olunur. Sonda Nəsimi tanımadığı bir qadına qoşulub getmək istəyəndə Natəvan qapını açıb, onu zorla evə salır.

 Hafiz Mirzə bildirdi ki, belə tamaşalarla teatr cəmiyyətə hansı mesajı verir? Ərini qapı arxasında saxlayan, əxlaqsızlıq edən, şərab içən, qısa geyimli Natəvan obrazı Xurşid Banu Natavan olaraq, şalvarını batıran, özünü idarə edə bilməyən, ayağı sürüşkən Nəsimi obrazı İmadəddin Nəsimi olaraq, başqasınn arvadına meyl edən  maşinist Teymur Əmir Teymur olaraq, balacaboy, əyyaş Nizami obrazı isə Şeyx Nizami Gəncəvi olaraq tamaşaçıların şüuraltı təfəkkürünə cılız və gülünc  olaraq yeridilir. Budur əsas mesaj! Nizami Gəncəvi, İmadəddin Nəsimi, Xurşud Banu Natavan, Əmir Teymur sahibsiz deyil!- deyə  yazarlar etira edib.

Sonda Hafiz Mirzə bildirdi ki, guman edirəm  teatrın rəhbərliyi bu "tamaşanı" repertuardan çıxardacaq.

«Təzadlar»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN