"Bununla da həm valideyinsiz uşaqlarımızı sevindirərik, həm də mənəvi borcumuzu ödədiyimizdən əbədi məmnun qalarıq..."

 Hörmətli redaksiya. «Uşaqlara sevgi» Ailə Dərnəyinin təşəbbüs qrupu adından Sizə müraciət edirik. Bu yaxınlarda Bakıdakı uşaq evlərinin birində humanitar təyinatlı tədbirdə iştirak edirdik. Orada sizin medianın adını eşitdik. Odur ki, layihəmiz barədə məlumatın medianızda yayımlanmasını istərdik. Layihədə iştirakçılıq: prinsip belədir ki, ümumiyyətlə, uşaqlar şirin konditer məhsullara çox həvəslidirlər. Elə olduğumuz uşaq evlərində bunun bir daha şahidi olmuşuq. Qərara aldıq ki, uşaqların bu ehtiyaclarını təmin etmək, onları şirin-şəkər məhsullarla sevindirmək üçün ictimaiyyətin də dəstəyindən istifadə edək. Belə ki, təşkilatımızın idarə heyətinin üzvləri ilə belə qərara gəldik ki, bir hesab açaraq ictimailəşdirək, kimin imkanı nəyə çatırsa, ora ianə ödəsin və həmin ianələrin hesabına arzu edən istənilən şəxsin özünün iştirakı ilə paytaxtın seçilən şirniyyat evlərinin birindən bu məhsulları alıb müvafiq uşaq evlərinə təhvil verək. Bununla da həm valideyinsiz uşaqlarımızı sevindirərik, həm də mənəvi borcumuzu ödədiyimizdən əbədi məmnun qalarıq.

Aşağıda həmin kart hesabımızı («Kapitalbank») və təşkilatımızın mobil nömrəsini təqdim edirik. İstənilən şəxs zəng edə, təklif verə və bu humanitar aksiyada iştirak edə bilər. Mobil: 0558065868). Hesab nömrəsi: 4169738828360283

İstənilən ödəmə aparatından müvafiq məbləği göndərmək mümkündür. Ödənilən məbləğin çekini bu nömrənin vatsap-ına göndərməyiniz xahiş olunur.

Eyni zamanda «aliyevamadina92» İnstaqram səhifəmizə də yaza bilərsiniz.

Tanrı ürəyinizə görə versin!  

Hörmətlə,

Mədinə Əliyeva

Təqdim edtdi: Səriyyə MÜSLÜMQIZI

P.S.Belə humanitar aksiyalara dəstək vermək Allaha və cəmiyyətimizə xoş olan addımdır, biz də dəstəkləyirik. Gəlin təkcə uşaqları sevməyək, həm də onları sevindirək...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN