...Hər bir kəsin bioqrafiyasında hökmən bir əsaslı hadisə baş verir, görənlər görür, görməyənlər qulaqardına vurur. Qorxmaz müəllim mənim həyatımda məhz belə bir hadisədir. O mənim müəllimim olub, təkcə ədəbiyyat müəllimimi?, - xeyr, həm də həyat müəllimi! Onun haqqında ancaq görkəmli alim, yüksək təfəkkürlü filoloq kimi bəhs etsən, çox şey yaddan çıxacaq. Onun haqqında xeyirxah insan kimi danışsan, yenə nəsə çatışmayacaq, bir çimdik duz kimi!
 Bizim ömrümüzdə hər an, hər saniyə hiss etdiyimiz şey – bir çimdik duz kimi məyinsə çatışmaması son mənzilə qədər sürür, bu şeyə biz açıq gözlə baxırıq, günü günə satırıq, bu gün-sabah, fürsət düşəcək deyə, onu arxa plana keçiririk. Böyük insanlar üçün elə şeylər var ki, sən anında eləməlisən. Bu öhdəliyi-yükü sən bir çiynindən digərinə keçirə-keçirə aldadırsan özünü. O mənə dərs deyəndə haçansa bu sözləri yazacağım ağlımın ucundan belə keçməzdi.
 Qorxmaz müəllim hər şeydən öncə özü-özünə yetən, bəs eləyən adamdı. Əsl alim yazdıqlarına həyətində yetişdirdiyi üzüm tənəyi kimi baxır, küləkdən, yağışdan, təbiətin min bir oyunundan qoruyur; daha sonra qonşudakı ac uşaqların tamahından, bəd gözlərdən və sair. Məsiağa müəllimin “Cahan” jurnalında çalışarkən onunla iki-üç dəfə görüşməli oldum.
 Azərbaycan Dillər Universitetində. İki gözəl yazısı çap edildi. Dördcə nömrədə iki gözəl yazı! İşimiz-gücümüz başqalarının sel misalı yazılarından xilas olmaqdısa, Qorxmaz müəllimin yazısını özümüz kompüterə yazırdıq! Xəttinə baxırdım, oxunmur, sonra, birsə sözü oxudunmu, bütün sözlər özü “danışırdı”. Özünün dediyi kimi, kod və kontekst...
Cavanşir YUSİFLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN