Tarixi obyektə dəymiş ziyan 13 milyard sum məbləğində qiymətləndirilir.

Özbəkistan Respublikasının Surxandərya vilayətinin Denau rayonundakı “Mərkəztəpə” arxeoloji ərazisi torpaqların bağçılıq üçün qanunsuz verilməsi səbəbindən zədələnib.

Bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 Qurumun məlumatına görə, torpaq sahələrinin ayrılması məsələlərinə baxan komissiya qanuna zidd olaraq I-XII əsrlərə aid “Mərkəztəpə” arxeoloji abidəsinin 0,21 hektar torpaq sahəsini mülkiyyətə vermişdir. Torpağı alan vətəndaş M.A. arxeoloji abidənin 630 kvadratmetr sahəsini dağıdıb.Tarixi obyektə dəymiş ziyan 13 milyard sum məbləğində qiymətləndirilir.

 Qeyd edilir ki, arxeoloji ərazini bağçılıq üçün verən vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.

Hazırda ölkənin Baş Prokurorluğu Özbəkistanın bölgələrində 108 mədəni irs obyektinin ərazisində 146 qanunsuz tikili aşkarlayıb.

 

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN