Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il qrant müsabiqəsi çərçivəsində Azadlıq Hərakatçıları İctimai Birliyi “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Konfransın keçirilməsi layihəsinin icrasına başlayıb.

Tezadlar.az layihənin məqsədi, konfransın keçirilməsi ilə bağlı məqamlara aydınlıq gətirmək üçün layihə rəhbəri, birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzovun fikirlərini təqdim edir.

Azadlıq Hərakatçıları Birliyinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

- Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar belə bir Sərəncamın verilməsi tamamilə təbiidir. Bütün mənalı ömrünü xalqının azadlığına və xoşbəxtliyinə həsr edən bu əbədiyaşar qüdrətli şəxsiyyətin həyatının hələ öyrənilməyən müxtəlif məqamlarının araşdırılması və gələcək nəsillərə çatdırılması hər bir ziyalının mənəvi borcu hesab edilməlidir. Bu baxımdan, digər sahələrdə olduğu kumi, xalqın milli kimliyi hesab edilən Ana dili ilə bağlı Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin də diqqətlə araşdırılmasına və cəmiyyətə çatdırılmasına ehtiyac var.

qht-agentliyi-logo-kvadrat

Elə bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il qrant müsabiqəsinə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Konfransın hazırlanması və keçirilməsi layihəsini təqdim etdik və müsabiqənin qaliblərindən olduq. Artıq layihənin icrasına başlamışıq. Layihə çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” video-filmi istehsal ediləcək. Filmdə Ulu Öndərin həm 1969-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə Azərbaycan dilinin saflığı və inkişafı ilə bağlı tarixi xidmətləri, məhz həmin dövrlərdə dilimizin qorunması ilə bağlı qəbul edilmiş cəsarətli tarixi qərarlar, sonrakı dövrdə imzalanmış mühüm Fərmanlar, eləcə də Ulu Öndərin bu sahəyə göstərdiyi diqqətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi əksini tapacaq. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimizə göstərdikləri bu qədər qayğı müqabilində hələ də bəzi sahələrdə Azərbaycan dili qaydalarına tam əməl edilməməsi, dilimizin saflığına xələl gətirilməsi faktlarına da toxunulacaq. Məqsədimiz xalqımızın Ümummilli Liderinin canından çox sevdiyi xalqının Ana dilinə münasibəti müqabilində hər bir azərbaycanlının bu dilə yanaşmasında yeni münasibətin formalaşmasına dəstək verməkdən ibarətdir. Layihə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Konfransın keçirilməsi ilə başa çatacaq. Nəzərdə tutmuşuq ki, Konfransda tanınmış dilçi-alimlərin, yazarların, mətbuat və televiziya əməkdaşlarının böyük bir qrupunun iştirakını təmin edək. Başlıca istəyimiz hər bir azərbaycanlının doğma Ana dilinə Ulu Öndər Heydər Əliyev sevgisindən pay qatmaqdır və əminəm ki, layihədə çalışan bütün əməkdaşlar buna nail olmaq üçün əllərindən gələni edəcəklər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN