(Rəşad Məcidin doğum gününə)

Tanrı mayasını tutubdu “ağ”la,

Torpağı ağ, sümüyü ağ, sözü ağ.

Sən bu hekayətə ya gül, ya ağla,

Bu adamın əyrisi ağ, düzü ağ.

 

Ağoğlanda göz açıbdı dünyaya,

Ağ doğulub, nur saçıbdı dünyaya,

Ağ qalacaq, and icibdi dünyaya,

Sözün tutub; alnı açıq, üzü ağ.

 

Ağdam adlı məmləkətin uşağı,

Burda çözüb min-bir türlü tuşağı,

Çox dinləyib “dastan” deyən “aşığı”;

Hekayətin mini qara, yüzü ağ.

 

Ağcabədi, mədəniyyət beşiyi,

Yurd yeridi, çəkilibdi keşiyi,

Sadə olub daim evi, eşiyi,

Məqamında kürsüsü ağ, mizi ağ.

 

Ustac deyir; tam arınıb bu adam,

Ağayana, mərd tanınıb bu adam,

Yarananda, ağ yaranıb bu adam,

Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

Qeyd:

21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, cansağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.

Rəşad müəllimin 59 yaşı tamam olur. Xatırladıram ki,  “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi davam edir. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.06.2024-cü ilə (əvvəlcədən təyin olumuş vaxt uzadılıb) qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

zaur-ustacccc

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN